İsrailin Baş naziri Benyamin Netanyahunun dəftərxanası ölkənin siyasi rəhbərliyi tərəfindən Qəzza zolağına beynəlxalq qüvvələrin gətirilməsinə razılıq verilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a hökumət başçısının ofisi tərəfindən yayılan bəyanata istinadən məlumat yayıb.
Bəyanatda qeyd olunur:
"Məlumatların əksinə olaraq, siyasi rəhbərlik beynəlxalq hərbi birləşmələrin Qəzza zolağına yerləşdirilməsinə icazə verməyib".
Bununla yanaşı, Netanyahunun dəftərxanasından əlavə edilib ki, İsrail HƏMAS-ın tam şəkildə tərk-silah olunmayacağı təqdirdə, bölgədə heç bir yenidənqurma və bərpa işləri həyata keçirilməyəcək.