Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İsrail Rəfaha hərbi hücumunu təxirə saldı
İranın İsrailin hərbi obyektlərinə hücumundan sonra rəsmi Tel-Əviv Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyatı təxirə salıb.
Məlumata görə, hazırda İsrail diqqətini İranın hücumuna cavab tədbirləri hazırlamaq üzərində cəmləyib.
Yəhudi dövləti bu həftə Rəfahda ilk addımlarını atmağı planlaşdırırdı.
Bildirilir ki, İsrail anklavın cənubunda əməliyyat keçirməkdə qərarlıdır. Odur ki, əməliyyat ləğv edilməyib, sadəcə onun vaxtı dəyişib.
Mənbə: TASS
Ən çox oxunanlar
Rəylər