İsrail Müdafiə Ordusunun (SAXAL) hava qüvvələri İranın qərbində müxtəlif növ raketlərin saxlanıldığı yeraltı obyektə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat verib.
"İsrailin Müdafiə Ordusu İranın qərbində "yer-yer" tipli və qanadlı raketlərin saxlanıldığı və buraxıldığı yeraltı obyektə hücum edib", - bəyanatda bildirilir.
İsrail hərbçilərinin məlumatına görə, obyektdə raketlərin saxlanıldığı tunellər və çoxsaylı buraxılış şaxtaları yerləşib.
İsrail Müdafiə Ordusu (SAXAL) İranın nüvə layihəsi ilə məşğul olan əsas alim və ekspertlərini məhv etdiyini bildirib.
Oxu.Az bu barədə SAXAL-ın "Telegram" kanalına istinadla xəbər verir.
Öldürülən alim və ekspertlərin sayının doqquz olduğu bildirilir.
Onların arasında aşağıdakı şəxslər var:
Firudun Abbasi - nüvə mühəndisi;
Məhəmməd Mehdi Tehrançi - fizik;
Əkbər Mütaleyizadə - kimya mühəndisi;
Səid Barci - materialşünas;
Əmir Həsən Fəqihi - fizik;
Əbdülhəmid Minu Şəhr - reaktor fizikası üzrə mühəndis;
Mənsur Əskəri - fizik;
Əhməd Rza Dariyani - nüvə mühəndisi;
Əli Bahai Katari - mexanik.