9 gündür Qəzzaya hücum edən İsrail Fələstin uşaqlarını hədəf almaqda davam edir.
Oxu.Az xarici KiV-ə istinadən xəbər verir ki, Qəzza zolağına atəş açan İsrail donanması qumsallıqda oynayan 4 uşağı öldürüb. 9, 10 (2 uşaq) və 11 yaşlarında olan uşaqların hamısı eyni ailədən olublar.
Fələstin Səhiyyə Nazirliyinin ölən uşaqların adlarını açıqlayıb: Ahid Atıf Bekir, Zekeriya Bekir, Muhammed Bekir və İsmail Bekir.
Qeyd edək ki, İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlarda 213 nəfər öldürülüb. Ölənlərin 43-ü uşaqlardır.
Yeri gəlmişkən, İsrail hər 4 dəqiqədən bir fələstinlilərin yaşayış məntəqələrinə 1 mərmi atır.