İsrailin Qəzza zolağına endirdiyi raket zərbələri nəticəsində səkkiz fələstinli yaralanıb.
“RİA Novosti” xəbər verir ki, bunu Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Hidra bildirib.
Onun sözlərinə görə, raketlərdən biri əl-Şicaiyə rayonunda yerləşən yaşayış binalarından birinə düşüb.
Xatırladaq ki, daha əvvəl Qəzzadan İsrailə 80 raket buraxılıb.