İsrailin İranın Xomeyni şəhərinə zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) azı səkkiz hərbçisi həlak olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə SEPAH-ın bəyanatında deyilir.
Bildirilir ki, ölənlərdən altısı SEPAH-ın və ikisi isə "Bəsic"in (SEPAH-ın tərkibinə daxil olan hərbiləşdirilmiş qüvvə) döyüşçüsü olub.
İranın şimal-qərbində İsrailin son hücumlarını dəf edərkən hava hücumundan müdafiə qüvvələrinin 10 hərbçisi ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İranın YJC agentliyi yayıb.
Ümumilikdə, son hücumlar nəticəsində 12 iranlı hərbçinin həlak olduğu bildirilir.

İsrailin İrana endirdiyi zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki hərbi qulluqçusu həlak olub.
Oxu.Az bu barədə İRİB-ə (İranın dövlət teleradio şirkəti) istinadla xəbər verir.
SEPAH hərbçilərinin Zəncan əyalətinin İcrud rayonunda öldüyü bildirilir.
Qeyd edək ki, iyunun 14-də İsrailin Zəncana hücumu nəticəsində SEPAH-ın üç hərbçisi ölmüşdü.