İstanbul yaxınlığında, Mərmərə dənizində iki yük gəmisi toqquşub.
Bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunur ki, Panamanın bayrağı altında üzən 138 metrlik “Volgodon 207” İstanbulun Ahırkapı estakadasında lövbər salıb və artıq lövbərdə olan 147 metrlik “Astrid L” yük gəmisi ilə toqquşub.
Məlumata görə, ikinci gəmi Antiqua və Barbuda bayrağı altında üzür.
O da vurğulanır ki, hadisə maddi ziyana səbəb olub, lakin xəsarət alanlar və ətraf mühitə zərər qeydə alınmayıb.
Rəylər