İsveç və Finlandiya bu ilin payızında Norveçdə keçiriləcək “NАТО Trident Juncture” təlimləri üçün hava məkanını açacaq.
Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Norveç Silahlı Qüvvələrinin general-leytenantı Rune Yakobsen məlumat verib.
“Biz qonşu ölkələrimiz olan İsveç və Finlandiya ilə gözəl əməkdaşlığı qeyd etmək istərdik. Oktyabrın 25-dən noyabrn 7-dək keçiriləcək təlimlər zamanı bu ölkələr hava məkanını açacaq”, - norveçli zabit bildirib.
Oxu.Az yeniləndi!