Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İsveçrə bankı nasistlərlə sıx əlaqədə ittiham olunur
İsveçrənin "Credit Suisse" bankı Almaniyanın nasist rejimi ilə əvvəllər düşünüldüyündən daha yaxın əlaqələrə malik olub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
2021-ci ildə müstəqil ombudsman Nil Barofski bankın nasistlərlə əlaqələrini araşdırmağa başlayıb. Bununla belə, "Credit Suisse" Barofskinin "həddini aşdığını" nəzərə alaraq tezliklə onu işdən uzaqlaşdırıb. Lakin o, yenidən işə bərpa olunub və işini davam etdirə bilib.
İstintaqın nəticələri bankın 13 tanınmış nasist və onların tərəfdaşları da daxil olmaqla, nasist vəhşiliklərində iştirak edən onlarla fiziki və hüquqi şəxslə əlaqələrini müəyyən edib.
Yeni araşdırma zamanı məlum olub ki, bank nasistlərlə əlaqələrdə öz rolunu gizlədib, məlumatları bölüşməyib.
Rəylər