İsveçrənin cənub-qərbindəki Sion şəhərində naməlum silahlı şəxs iki fərqli məkanda insanlara atəş açıb.
Silahlı hücum nəticəsində iki nəfər həyatını itirib, daha bir nəfər yaralanıb.
Hüquq mühafizə orqanlarından bildirilib ki, hələlik qanlı olayın motivləri məlum deyil.
Cinayətkar isə hadisə yerindən qaça bilib.
İlkin araşdırma nəticəsində məlum olub ki, cinayətkar öz qurbanlarını tanıyıb və onları bir müddət izləyib.
Hələlik hadisənin digər təfərrüatı məlum deyil.
Mənbə: ArcInfo
Rəylər