İsveçrə parlamenti daxili işlər naziri Alan Berseni 2018-ci il üçün ölkənin yeni prezidenti seçib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, İsveçrə parlamentinin iki palatasının birgə keçirdiyi iclasda 228 deputatdan 192-si onun lehinə səs verib. 2018-ci ildə ölkənin vite-prezidenti Əhalinin Müdafiəsi və İdman Federal Departamentinin başçısı Uli Maurer olacaq.
Qeyd edək ki, İsveçrədə Federal Şuranın bütün üzvləri növbə ilə prezident vəzifəsini tuturlar. Dövlət başçısı yalnız sammit, forum və ikitərəfli görüşlərdə nümayəndə funksiyasını yerinə yetirir.
S.B.
www.oxu.az