İtaliya A Seriyasının 3-cü turunda "Yuventus" öz meydanında "Milan"la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb.
Qonaqların yarımmüdafiəçisi Alfaco Sisse 69-cu dəqiqədə hesabı açıb. "Yuventus"un müdafiəçisi Federiko Qatti isə 90+2-ci dəqiqədə hesabı bərabərləşdirib.
Üç turdan sonra hər iki komanda 7 xalla üçüncü və dördüncü pillələrdə qərarlaşıb.
Qaynar xətt:
(055) 224 12 12