Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb.
Şanxay Əməkdaşlıq Təşkilatının 25 illiyinə həsr olunmuş Bişkek sammiti hansı məqsədlərə xidmət edir və Azərbaycanın "ŞƏT plyus" formatında iştirakı ölkəmizə nə verə bilər?
Şanxay Əməkdaşlıq Təşkilatında qəbul edilən yeni sənədlər nəqliyyat, logistika, süni intellekt, rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrində hansı imkanları yaradır?
Zəngəzur dəhlizi, TRIPP layihəsi və Çin-Mərkəzi Asiya nəqliyyat marşrutları fonunda Azərbaycanın regional tranzit mövqeyi nə dərəcədə əhəmiyyətlidir?
Prezident İlham Əliyevin Ermənistan, Qazaxıstan, Türkiyə, İran və Hindistan liderləri ilə görüşləri Azərbaycanın regional və qlobal siyasəti baxımından hansı mesajları verir?
Paşinyanın Rusiya ilə münasibətlərdə balans axtarışı və Avropa İttifaqına inteqrasiya siyasəti Ermənistanın gələcək xarici kursunu necə müəyyənləşdirəcək?
Qərb mediasının Azərbaycana qarşı yaydığı məlumatlar hansı məqsədlərə xidmət edir və bu proses Medianın İnkişafı Agentliyi tərəfindən necə qiymətləndirilir?
Sonu görünməyən müharibələr fonunda Azərbaycanın 44 günlük müharibəni başa çatdırması və sülhə nail olması nə ilə fərqlənir?
Verilişdə bu və digər suallara aydınlıq gətirilib.