"Hörmüz boğazı gəmiçilik üçün tamamilə bağlanıb".
Oxu.Az "Press TV"yə istinadən xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai məlumat verib.
Onun sözlərinə görə, İran hərbçiləri boğazdan keçməyə cəhd edən ABŞ gəmilərini atəşə tutur, lakin ətraf mühitə zərər vurmamaq üçün onları batırmırlar.
"İran neft daşıdıqları üçün qaçaqmalçılıqla məşğul olan ABŞ gəmilərini batırmamaq qərarına gəlib. Çünki bu, regionun ətraf mühitinə zərər vurardı", - deyə Rezai bildirib.
Daha əvvəl "Financial Times" mənbələrə istinadən ABŞ-nin Hörmüz boğazının minalardan təmizlənməsi ilə bağlı dörd ay ərzində gizli əməliyyat apardığını yazıb. Bunun üçün xüsusi təyinatlı qüvvələrin dalğıclarından, robotlaşdırılmış qayıqlardan və xüsusi sualtı aparatlardan istifadə olunub.