25 min manata yaxın pul verib yol çəkdirdilər, amma üç gündən sonra yol çökdü.
Oxu.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, Lerik rayonun Zövnə kənd sakinləri yaşadıqları kəndin yolunu öz şəxsi hesablarına düzəltmək məqsədi ilə 24 700 manat vəsait toplayıblar və paytaxda fəaliyyət göstərən özəl şirkətlərdən biri ilə danışıb razılığa gəliblər.
Sakinlərin sevinci isə çox çəkməyib. Belə ki, şirkət nümayəndləri kəndə gəlib yolun təmirinə başlayıblar. Lakin görülən işdən bir necə gün sonra yol dağılıb.
Kənd sakinləri bildirirlər ki, işə başlamamışdan əvvəl iş görən şəxs Elşad Qarayev onlara yollarının uzunömürlü olacağını və yolda yarana biləcək problemləri özləri qarşılayacağını bildirsə də, sonra işlərdən boyun qaçırıb.
Məsələdə adı hallanan Elşad Qarayev ittihamları qəbul etməyib.