Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İzmirdə meşə yanğınları: 440 ev boşaldıldı
Türkiyənin İzmir bölgəsində meşə yanğınları davam edir.
Oxu.Az Haber Global-a istinadən xəbər verir ki, Urla rayonunun Balıklıova mahalı yaxınlığındakı kolluq ərazidə baş verən yanğınla əlaqədar 440 evdən ibarət yaşayış məntəqəsi boşaldılıb.
Məlumata görə, yanğın bölgədə qırılan elektrik xəttinin qığılcımları nəticəsində baş verib.
Havanın çox isti və quraq keçməsi, eləcə də güclü külək nəticəsində yanğın çox sürətlə yayılıb.
Hazırda İzmir Meşə Region Müdirliyi, İzmir Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi, jandarma, polis və digər təşkilat qrupları yanğının söndürülməsinə çalışırlar.
"Türkiyədə yanğın" teqi üzrə xəbərlər
- İstanbulda kauçuk fabrikində dəhşətli yanğın – Fəhlələr müəssisənin damında köməksiz qaldılar
- Türkiyədə 78 nəfərin həyatını itirdiyi hotel sahibinin həyat yoldaşı ilə bağlı qərar verildi
- Türkiyədə dəhşətli hotel yanğınının səbəbi məlum oldu: Aşpaz və mətbəx işçiləri həbs olundular
- Türkiyədə 78 nəfərin öldüyü hotelin sahibi həbs edildi
- Türkiyədə hoteldə yanğınla bağlı saxlanılanların sayı artdı
Ən çox oxunanlar