Əfqanıstanın paytaxtı Kabilin qərbində yerləşən Dəşt-e-Barçi rayonunda "Sham-e Hedayat" özəl məktəbinin yaxınlığında partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Yerli mənbələrin məlumatına görə, hadisə nəticəsində bir neçə şagird xəsarət alıb.
Partlayış şagirdlərin məktəb binasından çıxdığı zaman baş verib. Hadisənin səbəbi və dəqiq zərərçəkən sayı barədə hələlik ətraflı məlumat yoxdur.
Qaynar xətt:
(055) 224 12 12