Rəsmi Ottava ABŞ-nin Kanadadan idxal edilən avtomobillərə və ehtiyat hissələrinə tətbiq etdiyi 25 faizlik rüsumlarla bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət verib.
Oxu.Az xəbər verir ki, bu barədə ÜTT-nin saytında yerləşdirilmiş bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, Kanada ABŞ ilə sözügedən məsələ ilə bağlı mübahisələr üzrə ÜTT-dən konsultasiyalar tələb edib.
Kanada tərəfinin fikrincə, ABŞ-nin tətbiq etdiyi tədbirlər Vaşinqtonun 1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişinin müxtəlif müddəaları üzrə öhdəliklərinə uyğun gəlmir.