Kataloniyanın sabiq rəhbəri Karles Puçdemonun və Nazirlər Kabinetinin dörd sabiq üzvünün İspaniyaya təslim edilməsi ilə bağlı ikinci dinləmələrə bu gün yerli vaxtla 9:00-da (12:00 Bakı vaxtı ilə) Brüsselin birinci instansiya məhkəməsinin məşvərə palatasında başlanılıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə paytaxt prokurorluğu xəbər verib.
“Dinləmələrə başlanılıb və bağlı qapılar arxasında keçirilir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, məhkəmənin məşvərət palatasında noyabrın 17-də keçirilmiş ilk dinləmələrin gedişatında Brüssel Prokurorluğu Kataloniyanın sabiq rəhbərinin və Nazirlər Kabinetinin dörd sabiq üzvünün İspaniyaya təslim edilməsi ni tələb etmişdi.
N.O.