Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun hücumçusu Kərim Benzema "Real Madrid"ə qayıdışı ilə bağlı suala cavab verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano "X" sosial şəbəkəsində paylaşım edib.
"Real Madrid"ə qayıtmaq? Əgər Florentino Peres hələ də oradadırsa, bu baş verə bilər. Mən ona heç vaxt rədd cavabı vermərəm. Mən madridliyəm. Özümü belə hiss edirəm. Madrid hələ də mənim şəhərimdir. Gələcəkdə nə olacağını görəcəyik", - deyə Benzema bildirib.
Qeyd edək ki, "Real Madrid"in heyətində 2009-cu ildən 2023-cü ilədək çıxış edən fransız hücumçu komanda ilə dörd dəfə La Liqa çempionu olub, üç dəfə İspaniya Kral Kubokunu, həmçinin beş dəfə Çempionlar Liqasını qazanıb. Kərim Benzema 2022-ci ildə "Qızıl top" mükafatını alıb.