Norveçdə yayımlanan “Norske Talenter” istedad yarışma proqramında gözlənilməz anlar yaşanıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, münsiflərlə danışan zaman əynində qara cübbə olan 38 yaşlı Einar ağırlıq qaldıran zaman tamamilə soyunub. Bu hadisə qarşısında nə edəcəyini bilməyən qadın münsiflər gözlərini bağlayıb. Einar şousundan əvvəl “Həyəcanlısınızmı?” sualına isə belə cavab verib: “Şou üçün yox, ancaq paltarım üçün narahatam”.