ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Rusiya lideri Vladimir Putinə ABŞ-nin Krım və digər Ukrayna əraziləri üzərində Kremlin nəzarətini tanımağa hazır olduğu barədə məlumat verəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-dən fərqli olaraq, Ukrayna itirilmiş əraziləri üzərində Moskvanın nəzarətini tanıma məcburiyyətində qalmayacaq.
Bildirilir ki, Ağ Ev tərəfindən Rusiya nəzarətinin de-fakto tanınması Kiyevin avropalı müttəfiqlərinin narahatlığına baxmayaraq, böyük ehtimalla baş tutacaq.