Misli Premyer Liqasının XIII turunda keçirilən "Kəpəz" - "Zirə" oyununda möhtəşəm qol vurulub.
Oxu.Az xəbər verir ki, "Zirə"nin futbolçusu Leroy Mikels oyunun 62-ci dəqiqəsində akrobatik zərbə ilə matçda hesabı açıb.
Baxımlı qolun videosunu təqdim edirik:
Misli Premyer Liqasında möhtəşəm qol vuruldu
Qeyd edək ki, "Kəpəz" - "Zirə" matçı qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolları "Zirə"nin heyətində Leroy Mikels (62-ci dəqiqə) və İssa Cibrilia (84) vurublar.