Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
KİV: HƏMAS yerli silahlar hazırlamaq üçün İranda təlim keçib
HƏMAS yerli silahlar hazırlamaq üçün İranda təlim keçib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "Bloomberg" xəbər yayıb.
Nəşr İranda HƏMAS qüvvələri üçün gizli təlim kursundan 14 səhifəlik qeydlər əldə edib. Məlumata görə, qeydlər arasında dronlar və raket döyüş başlıqları üçün elektron avadanlıq planları var.
Kəşfiyyatçılar bildiriblər ki, təlimin məqsədi və missiyası yerli arsenal qurmaq olub. Onların sözlərinə görə, HƏMAS qüvvələri yalnız dron istehsalını deyil, həm də raketlərə partlayıcıların bərkidilməsi və əldəqayırma minaların hazırlanması üsullarını öyrəniblər. 2016-cı ildən başlayan təlim 3-5 ay müddətində həyata keçirilib. Təlim İran və HƏMAS arasında sıx əməkdaşlıq çərçivəsində baş tutub və maliyyə, eləcə də silah qaçaqmalçılığını əhatə edib.
"HƏMAS hərəkatı" teqi üzrə xəbərlər
- HƏMAS-ın növbəti azad edəcəyi girovlar İsrail, ABŞ və Fransa vətəndaşlarıdır
- İsrail HƏMAS-la döyüşlərdə həyatını itirən hərbçilərinin sayını açıqladı
- İsraildən HƏMAS-a etiraz: Fələstinli məhbusların azad edilməsi dayandırıldı
- HƏMAS daha iki israilli girovu və beş tailandlını girovluqdan azad etdi
- Fələstin İsraillə münaqişənin həllində Trampın köməyinə ümid edir
Rəylər