İran ordusu İraqda kürd silahlı qruplaşmalarına məxsus hərbi anbarlara zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"İraqın Süleymaniyyə vilayətində terrorçu qruplaşmaların sursat anbarında yanğınlar və partlayışlar davam edir", - deyə agentliyin "Telegram" kanalında yayılan məlumatda bildirilib.
Qeyd olunur ki, Ərbil şəhərində də partlayış səsləri eşidilib.
"Sabreen News" agentliyi iyulun 17-də İranın pilotsuz uçuş aparatının İraqın Ərbil şəhərində ABŞ-nin raket bazasına hücum etdiyini bildirib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da həmin gün açıqlama yayaraq, İran hərbçilərinin Suriyanın Ət-Tanf bölgəsində ABŞ-nin komanda mərkəzinə zərbə endirdiyini bildirib.
Qeyd olunub ki, bu zərbə ABŞ-nin İrana qarşı həyata keçirdiyi əməliyyatlara cavab olaraq həyata keçirilib.