İsrail Xarici İşlər Nazirliyi ölkənin Meksikadakı səfiri Eynat Krans-Neygerə sui-qəsd planlaşdıran terror qrupunu ifşa etdiyinə görə bu ölkənin təhlükəsizlik xidmətlərinə təşəkkür edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Sui-qəsd bir neçə ay əvvəl ifşa olunub, lakin bu barədə məlumat yalnız indi açıqlanıb.
Məlumata görə, İsrail səfirinə sui-qəsdi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) planlaşdırıb. Lakin bu cəhd uğursuz alınıb və sui-qəsdin təşkilatçısı hazırda İrana qayıdıb.