Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
KİV: "Tramp neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldıracaq"
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayacağı ilk günlərdə Co Bayden administrasiyası tərəfindən neft və qaz hasilatına qoyulan məhdudiyyətləri və sərt avtomobil tullantıları standartlarını geri götürmək prosesinə başlamaq niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp qurumlara federal torpaqlarda və sahil zonalarında qazma işlərinə qoyulan qadağalara yenidən baxmağı, həmçinin mayeləşdirilmiş təbii qazın ixracı üzrə yeni layihələrin təsdiqinə qoyulmuş moratoriumun ləğvini tapşıracaq.
Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.
"Co Bayden" teqi üzrə xəbərlər
- Amerikalıların yarıdan çoxu Baydeni yarıtmaz prezident hesab edir
- Bayden Ukrayna və Kaliforniyanın məhvində günahlandırıldı
- ABŞ-də iki məhbus Baydenin "əfv"ini qəbul etmədi
- Trampın ilk "döyüşü" hansı ölkələrlə olacaq? - ABŞ böyük böhranın astanasındadır
- Trampın etmədiyini Bayden edəcək: Ağ Evə dəvət etdi
Rəylər