Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
KİV: Ukrayna ordusu Rusiyanın kəşfiyyat və nəqliyyat təyyarəsini vurub
Ukrayna hərbçiləri Azov dənizi üzərində hava məkanında Rusiyanın “A-50” uzaq radiolokasiya müəyyən və idarə edilməsi təyyarəsini, həmçinin “İL-22M” hava komandanlığı təyyarəsini vurub.
Bu barədə Ukrayna mətbuatı xəbər yayıb.
Bildirilir ki, “A-50” təyyarəsi Zaporojye vilayətinin Kirillovka kəndi ərazisində növbəyə başlayanda vurulub. Zərbədən sonra təyyarənin komandanlıqla əlaqəsi kəsilib. Daha sonra Rusiya Aerokosmik Qüvvələrinin “Su-30” qırıcısının pilotu yanğın yeri və naməlum təyyarənin qalıqlarını aşkar edib.
Digər təyyarə “İl-22M11” Xerson vilayətinin Strelkovoye kəndi ərazisində növbətçilik edib. Vurulduqdan sonra təyyarənin heyəti Krasnodar vilayətinin Anapa şəhərinə çatmağa çalışıb, oradan təxliyə, təcili yardım və yanğınsöndürmə maşını çağırıb.
Rusiya hərbi nəşrləri, o cümlədən aviasiya ilə bağlı “Fighterbomber” kanalı “A-50”nin itirildiyini və “İl-22M”nin zədələnməsini təsdiqləyirlər. Müdafiə Nazirliyinə yaxın olan “Rıbar” yazıb ki, əgər məlumat təsdiqlənərsə, bu, Rusiya Aerokosmik Qüvvələri və Hava Hücumundan Müdafiəsi üçün növbəti qara günə çevriləcək.
Ukrayna və Rusiyanın Müdafiə nazirlikləri hələlik məlumatı rəsmi şərh etməyiblər.
Rəylər