Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mikayıl Cabbarov: “2023-cü ildə 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib” - FOTO
“2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.
O bildirib ki, bunlardan yeddisi Ağdam Sənaye Parkının, beşi “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, səkkizi Sumqayıt Kimya Sənaye Parkının, üçü Pirallahı Sənaye Parkının, biri Hacıqabul Sənaye Məhəlləsinin, ikisi Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən 471 milyon manat investisiyanın yatırılması, 3 100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin (@economiczones) idarəçiliyində olan #sənayezonaları-nda 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunlardan 7-si Ağdam #SənayeParkı-nın, 5-i "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, 8-i Sumqayıt Kimya… pic.twitter.com/EzE4bx9xzl
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 15, 2024
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb