Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

KİV: "Zelenski prezidentliyinin son mərhələsindədir"
"Ukrayna lideri Volodimir Zelenski hakimiyyətinin son mərhələsindədir".
Oxu.Az-ın xəbərinə görə, bu barədə məşhur "Financial Times" nəşri Ukrayna rəsmilərindən birinə istinadən yazıb.
Jurnalistlərin sözlərinə görə, Kiyevin siyasi dairələrində artıq Zelenskinin prezidentliyinin başa çatması müzakirə olunur.
"Biz Zelenskinin prezidentliyinin yekun mərhələsindəyik", - deyə nəşr adı açıqlanmayan ukraynalı məmurun sözlərindən sitat gətirib.
Məqalə müəllifləri, həmçinin qeyd ediblər ki, əvvəllər Zelenskiyə dəstək ifadə edən bir çox siyasətçilər indi yeni seçkiyə hazırlaşmağa, siyasi alyanslar qurmağa, ABŞ prezidentinin administrasiyası və tərəfdarları ilə əlaqələr qurmağa başlayırlar.
Qeyd edək ki, Volodimir Zelenskinin legitim prezidentlik müddəti 2024-cü il mayın 20-də başa çatıb. O vaxtdan bəri Ukraynada prezident seçkisi keçirilməyib. Bu, Zelenskinin 2022-ci ildən ölkədə hərbi vəziyyət tətbiq etməsi və vaxtaşırı onu uzatması ilə əlaqədardır.
Fevralın 28-də Ağ Evdə baş verən qalmaqaldan sonra ABŞ administrasiyası Ukrayna liderinin potensial istefasını müzakirə etməyə başlayıb. Bunun fonunda ABŞ nümayəndələri Zelenskinin rəqibləri ilə də danışıqlar aparıblar.