Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kiyev tam atəşkəsə hazır olduğunu bəyan etdi
"Ukrayna tam şəkildə atəşkəsə və ən yüksək səviyyədə birbaşa danışıqlara hazırdır".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, müdafiə naziri Rustem Umerov "Facebook" səhifəsində yazıb.
Qeyd edək ki, daha əvvəl ukraynalıların danışıqlarda digər məsələlərlə yanaşı, Vladimir Putin və Volodimir Zelenski arasındakı görüşü də müzakirə etmək istədikləri bildirilirdi.
"Bu gün biz İstanbula dayanıqlı və ədalətli sülhə aparan real yollar tapmaq üçün gəlmişik. Sülh o zaman mümkündür ki, Rusiya konkret addımlara hazır olduğunu nümayiş etdirsin", - deyə Umerov bildirib.
Umerov ABŞ, Fransa, Böyük Britaniya və Almaniya nümayəndələrinə münaqişənin sülh yolu ilə həllinə kömək etdiklərinə görə təşəkkür edib.
"Biz, həmçinin bugünkü görüşün təşkilində göstərdiyi köməyə və danışıqlar platformasının yaradılmasına görə Türkiyəyə minnətdarıq", - deyə o əlavə edib.
"Rusiya-Ukrayna danışıqları" teqi üzrə xəbərlər
- Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub
- Tramp: "2020-ci ildə prezident seçkisi saxtalaşdırılmasaydı, bu müharibə baş verməzdi"
- Zelenski: "Ərazilər haqqında danışıqları mən aparmalıyam"
- Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi olub
- Ərdoğan İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını tarixi addım adlandırdı