Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Koçaryan Paşinyanı təhdid etdi: O, hələ peşman olacaq
Ermənistan baş naziri Nikol Paşinyan ölkənin ikinci prezidenti Robert Koçaryana “ilişdiyinə” görə peşman olacaq.
Oxu.Az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bununla bağlı “Mediamaks” agentliyinə müsahibəsində Koçaryan Paşinyanı düşmən hesab edib-etmədiyi ilə bağlı suala cavab verərkən deyib.
“Söhbət siyasi proseslərdən gedirsə, mən belə söhbətlərə öyrəşməmişəm. Ancaq o, mənə “ilişdiyinə görə” peşman olacaq.
Düşünmürəm ki, qorxmuş hakim mənə nifrət etdiyinə görə prosesi gecə 01:30-a təyin edib. Bunun kimə lazım olduğunu başa düşürəm”, - ikinci prezident bildirib.
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Paşinyanla müxtəlif cəbhələrdə yer almasının səbəbi ilə bağlı məsələyə münasibət bildirən Koçaryan deyib ki, o, bu sualın cavabını bilmir, ancaq görünür, baş nazir onda hansısa təhlükəni görür.
Koçaryan bəyan edib ki, hakimiyyətə tamamilə fərqli geosiyasi prioritetlərə malik komanda gəlib.
“O, vəziyyəti 180 dərəcə dəyişməyə çalışırdı, ancaq buna inanmıram. Onun bunu başa düşməsi üçün vaxt lazımdır: Bu, oyundur ya ciddiyyət?”, - o əlavə edib.
Koçaryan qeyd edib ki, prezident olan zaman onun Rusiya prezidenti Vladimir Putinlə dostluq əlaqələri olub. Bu əlaqələr indi də davam edir.
“Biz son 10 ildə bu əlaqələri davam etdiririk, ancaq mən heç vaxt bu əlaqələrdən hansısa məqsədlər üçün istifadə etməmişəm”, - o deyib.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb
Rəylər