Beynəlxalq neft istehsalı avqust ayında iyulla müqayisədə 80 min barel artaraq, 100 milyon 50 min tona çatıb. Bununla da hasilat rekord vurub.
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq neft hesabatında deyilir.
Bildirilir ki, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) gündəlik xam neft istehsalı 420 min barel artaraq, 32 milyon 630 min barel olub.
Avqust ayında OPEC ölkələri arasında ən çox istehsal Liviyada reallaşdırılıb. Bu ölkədə gündəlik neft hasilatı 280 min barel artaraq, 950 min barelə çatıb.
Liviyadan sonra neft hasilatına görə ikinci sırada Nigeriya, İraq və Səudiyyə Ərəbistanı yer alıb.
Nigeriyada gündəlik neft hasilatı 90 min barel artımla 1 milyon 610 min barelə, İraqda 90 min barel artaraq, 4 milyon 650 min barelə, Səudiyyə Ərəbistanında 70 min barel artaraq, 10 milyon 420 min barelə çatıb.
İran və Venesuelanın neft hasilatına azalma yaşanıb. İranın gündəlik neft hasilatı 150 min barel azalaraq, 3 milyon 630 min barelə düşüb. Venesuelanın gündəlik hasilatı 20 min barel azalma ilə 1 milyon 240 min barel olub.
Avqust ayında OPEC-ə daxil olmayan ölkələrin istesalı isə günlük 340 min barel artaraq, 60 milyon 410 min barel olub.
Hesabata əsasən, OPEC-ə daxil olmayan ölkələrin hasilatı ötən ilə nisbətdə gündəlik 2 milyon barel artaraq, 60 milyon barel təşkil edib. 2019-ci ildə isə istehsal həcminin 1 milyon 800 min barel artımla 61 milyon 800 min barel olacağı gözlənilir.
O da qeyd edilir ki, bu il qlobal neft tələbi gündəlik təxminən 99 milyon 300 min barelə çatacaq. Bu rəqəm 2019-cu ildə 100 milyon 800 min təşkil edəcək.