Kolumbiyada 2023-cü ilin noyabrından başlayan meşə yanğınları hələ davam edir, həmin vaxtdan bəri təxminən 7401 hektar meşə sahəsi məhv olub.
Bu barədə ölkədə fəlakət risklərinin idarə edilməsi bölməsinin nümayəndələri bildiriblər.
Sosial şəbəkələrdə hələ də davam edən təbii fəlakətin miqyasını göstərən kadrlar yayılıb.
Kolumbiyada aylardır davam edən meşə yanğınlarından qorxunc görüntülər - FOTO/VİDEO
Ən təhlükəli meşə yanğınları Boqotanın şərq təpələrində qeydə alınanlardır. Tüstü bütün paytaxt ərazisini bürüyüb.
Qeyd edək ki, davam edən yanğınlar, həmçinin mart ayı üçün mənfi proqnozlar səbəbindən hökumət ölkədə fövqəladə vəziyyət elan edib.
Mənbə: rossaprimavera.ru
Rəylər