Kolumbiyada məktəb avtobusunun qəzaya uğraması nəticəsində 10-dan çox insan həlak olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Antiokiya əyalətinin qubernatoru Andres Xulian Rendon məlumat yayıb.
"Hazırda ondan çox insanın öldüyü və 20 nəfərin yaralandığı bildirilir. Bütün xəstəxana şəbəkəsi bu fövqəladə vəziyyətdə yardım göstərmək üçün səfərbər edilib", - deyə qubernator açıqlamasında yazıb.
Antioqueños, hoy es un día muy triste. Amanecemos con la noticia del accidente de un bus escolar, que conducía de Tolú hacia Medellín. Cayó a un abismo en la vía Belén, sector El Chispero, entre Remedios y Zaragoza. Sus ocupantes: jóvenes estudiantes del Liceo Antioqueño, de…
— Andrés Julián (@AndresJRendonC) December 14, 2025
O, həmçinin vəziyyətə şəxsən nəzarət etmək üçün bölgəyə yollandığını bildirib.
"El Tiempo" qəzeti isə 16 nəfərin öldüyünü və 20-dən çox insanın yaralandığını yazıb.