Noyabrın 1-də Tayvana zərbə vuran güclü "Konq-Rey" tayfunu faciəli nəticələrə səbəb olub.
Oxu.Az bu barədə "Focus Taiwan"ə nəşrinə istinadən məlumat verir.
Fövqəladə Halların İdarə Edilməsi Mərkəzinin məlumatına görə, təbii fəlakət nəticəsində 515 nəfər xəsarət alıb, 2 nəfər həlak olub.
Tayfunu müşayiət edən güclü küləklər və leysan yağışları çoxsaylı dağıntılara və insan tələfatına səbəb olub. Həlak olanlar arasında avtomobilinin üzərinə ağac düşən 56 yaşlı xarici vətəndaş və ağacın aşması nəticəsində yıxılan elektrik dirəyinin vurduğu 48 yaşlı kişi var.
Tayvan hakimiyyəti təbii fəlakətin nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi üçün bütün zəruri tədbirləri görür.
Rəylər