Fars körfəzində İraqa məxsus gəminin xarici dövlətin yük gəmisi ilə toqquşması nəticəsində azı 20 iraqlı matros ölüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə İraq Nəqliyyat Nazirliyi və ölkənin Limanlar İdarəsi məlumat yayıb.
“Avqustun 19-da İraqın “əl-Misbar” gəmisinin “Royal Arsenal” xarici yük gəmisi ilə toqquşması nəticəsində Xor Abdallah kanalında batıb”, - nazirlikdən vurğulanıb.
Xilasedicilər 11 nəfəri xilas edə bilib.
İraqın Limanlar İdarəsindən “əl-Misbar” gəmisi ilə toqquşan “Royal Arsenal”ın saxlanıldığı bildirilib.
Qeyd edək ki, Xor Abdallah kanalı körfəzdə İraqla Küveytin sahilləri arasında yerləşir.
“Royal Arsenal” yük gəmisi Sent-Vinsent və Qrenadanın dövlət bayrağı altında üzür. O, Kinqstaun limanında qeydə alınıb. Yük gəmisinin uzunluğu 189 metrdir. O, 1999-cu ildə suya buraxılıb.
İ.F.