Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Kral III Çarlz harada müalicə alır?
Böyük Britaniya kralı III Çarlz Kraliça Kamillanın müşayiəti ilə Hindistanın Banqalor şəhərinə şəxsi səfər edib və burada üç gün alternativ tibb sağlamlıq mərkəzində qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Hindistanın PTI agentliyi məlumat yayıb.
Kral cütlüyünün üç günlük səfəri zamanı qaldığı sağlamlıq mərkəzi yoqa seansları, meditasiya və müxtəlif müalicələr təklif edir.
Bildirilir ki, Kral və Kraliça ayurveda və naturopatiya da daxil olmaqla, müxtəlif sağlamlıq müalicələrindən keçiblər.
Müalicələrin bir hissəsini xüsusi pəhriz təşkil edib.
Xatırladaq ki, III Çarlz xərçəng xəstəsidir. Xəstəliyinə baxmayaraq, əlahəzrət son aylarda daha tez-tez ictimaiyyət qarşısına çıxır.
"Kral III Çarlz" teqi üzrə xəbərlər
- "Formula-1" komandasının rəhbərinə orden və fəxri ad verildi
- Kral III Çarlzdan Şahzadə Uilyama evliliyi ilə bağlı vacib məsləhət: "Mən etdim, sən etmə"
- Kraliça Kamilla mühüm tədbirdə iştirakdan imtina edib
- Britaniyanın kral sarayı üç il müddətinə bağlanacaq
- "Ailə baxımından amansız il oldu": Şahzadə Uilyamın açıq etirafı
Rəylər