"Rusiya və Ukrayna nümayəndə heyətləri razılığa gələrlərsə, sənədləri rəsmi Kiyev tərəfindən məhz kimin imzalayacağı Rusiya üçün prinsipial məsələdir".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
D.Peskov əlavə edib ki, Ukrayna ilə gələcək danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibində hər hansı dəyişiklikdən hazırda söhbət getmir, iş yenicə başlayıb.