Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

KTMT "Taliban"la əməkdaşlıq edəcək
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) antiterror tədbirləri çərçivəsində "Taliban"la münasibətləri inkişaf etdirmək istəyir.
Bu açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları dair mətbuat konfransında deyib.
Rusiya XİN başçısı vurğulayıb ki, "Taliban" Əfqanıstanda hələ də döyüşmək iqtidarında olan "Əl-Qaidə" təşkilatının və ona bağlı silahlı qruplara qarşı mübarizə aparır və bu işdə onlara kömək etmək prinsipial əhəmiyyət kəsb edir.
"KTMT Taliban ilə konkret layihələrin həyata keçirilməsinə yönəlmiş daha dayanıqlı, daimi, substantiv dialoqun qurulmasının tərəfdarıdır", - deyə S.Lavrov əlavə edib.
Mənbə: TASS
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)" teqi üzrə xəbərlər
- Ermənistan 2024-cü ildə KTMT-yə üzvlük haqqını ödəməyib
- Ermənistan KTMT-yə ödənişlərdən İMTİNA ETDİ
- Simonyan: "Ermənistan Rusiya ilə münasibətlərdəki gərginliyi davamlı saxlaya bilməz"
- ABŞ-nin Ermənistandakı biolaboratoriyaları barədə bir sıra YENİ MƏLUMATLAR ÜZƏ ÇIXIB
- Mərkəzi Asiya üçün tarixi razılaşma - "Ağrı nöqtələri" və qanlı toqquşmalara son