Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya hökumətləri danışıqların yüksək səviyyədə bərpa olunmasına dair qərara gəliblər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, müvafiq razılaşma KXDR-in 3 yüksək vəzifəli məmurunun Cənubi Koreyaya səfəri zamanı əldə olunub. Onlardan ikisinin Kim Çen Inın yaxın köməkçisi olduğu bildirilir.
Danışıqlara artıq yaxın həftələrdə start veriləcəyi gözlənilir.
Danışıqların gündəliyi açıqlanmır.