Laosda 10 gündür su basmış mağarada qalan dörd nəfər xilas edilib.
Oxu.Az xəbər verir ki, bu barədə vietnam.vn saytı məlumat yayıb.
Bildirilib ki, bundan əvvəl mayın 29-da mağaranı bir nəfər özü tərk etməyi bacarıb. Qeyd edilib ki, iki nəfər hələ də itkin hesab olunur. İtkin düşən iki nəfərin axtarışlarının davam etdirildiyi açıqlanıb.
Qeyd edək ki, mərkəzi Sayasombun əyalətində kənd sakinlərindən ibarət yeddi nəfərlik qrup dar yeraltı tunellərə qızıl axtarışına yollanıb. Mayın 20-də qəfil baş verən daşqın nəticəsində mağaranı su basıb.
Axtarış-xilasetmə əməliyyatlarına İndoneziya, Fransa və Avstraliyadan olan mütəxəssislər cəlb olunublar.