"Antalya forumu çərçivəsində Rusiya və Ukrayna tərəfləri arasında heç bir əlaqə olmayıb".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyada keçirilən Diplomatik Forumda Rusiya ilə Ukrayna arasında birbaşa, yaxud dolayı təmasların olub-olmadığına dair sualı cavablandırarkən bəyan edib.
"Bildiyim qədərilə, belə bir şey olmayıb. Mən bura işləməyə gəlmişəm", - deyə o vurğulayıb.