Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada siyasətçi Boris Nemtsovun qətlini “çirkin” cinayət adlandırıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Lavrovun sözlərinə görə, müxalifətçinin qətlinin istintaqı qanunun bütün ciddiliyi ilə aparılacaq.
“Bu çirkin cinayət qanunun bütün ciddiliyi ilə araşdırılacaq ki, günahkarlar məsuliyyətdən qaçmasınlar. Prezident Putin bütün lazımı tapşırıqları verib və onlar xüsusi nəzarətə götürülüb”, Lavrov Cenevrədə bəyan edib.
Qeyd edək ki, Boris Nemtsov fevralın 28-də Moskvanın mərkəzində qətlə yetirilib.