Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Vyanaya gəlib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, o burada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək, həmçinin Suriyaya Beynəlxalq Dəstək Qrupunun iclasında iştirak edəcək.
Rusiyalı nazir ABŞ-ın Baş katibi Con Kerri və Fransanın XİN rəhbəri Jan-Mark Ero ilə birgə ATƏT-in Minsk qrupunun həmsdərləri qismində Qarabağ üzrə danışıqlarda iştirak edəcək.