Mayın 16-da Vyanada Ermənistan prezidenti Serj Sarkisyanın Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federika Mogerini arasında görüş başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan Twitter səhifəsində yazıb.
Xatırladaq ki, Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin (ABŞ, Rusiya, Fransa) xarici siyasət idarələrinin rəhbərləri – Con Kerri, Sergey Lavrov və Jan-Mark Eyro ilə görüşü planlaşdırılır.
Vyana görüşünü ATƏT-in Minsk qrupu təşkil edib.