Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Le Pen: "Makronist bloku məhv edildi"
"Fraksiya faktiki olaraq makronist blokunu məhv edib".
Bunu Fransada prezident seçkisinə keçmiş namizəd, sağçı Milli Birlik partiyasının parlament fraksiyasının keçmiş rəhbəri Marin Le Pen deyib.
O, həmçinin Fransada seçkinin ikinci turunun həlledici olacağını vurğulayıb və sol blokun qalib gəlməsinə imkan verməməyə çağırıb.
Növbədənkənar seçkinin ilkin nəticələrinə görə, Le Penin partiyası liderlik edir. Makronun koalisiyası üçüncü yerdədir.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron ölkənin Milli Assambleyasının (parlamentin aşağı palatası) buraxıldığını, həmçinin növbədənkənar parlament seçkisinin təyin olunduğunu bəyan edib.
Mənbə: RT
Rəylər