Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Liviyanın paytaxtında vətəndaş müharibəsi başlayıb
Liviyanın paytaxtı Tripolidə baş verən silahlı toqquşmalar nəticəsində 6 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Liviya təcili tibbi yardım xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.
Şəhərdə fövqəladə vəziyyət və komendant saatı elan edilib.
Liviyanın paytaxtı Tripolidə şiddətli toqquşmalar başlayıb.
Bu barədə Oxu.Az "Lybia Press" agentliyinə istinadla xəbər verir.
Tripolidəki Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi yerli əhalini evlərində qalmağa çağırıb:
"Misrata briqadasının dəstəklədiyi 444-cü döyüş briqadası ilə Təhlükəsizlik və Sabitliyin Qorunması Aparatı arasında davam edən qarşıdurmalara görə Tripolinin bütün sakinlərini evdə qalmağa və öz təhlükəsizlikləri üçün çölə çıxmamağa çağırırıq".
Bildirilir ki, toqquşmalar aparat rəhbəri Abdelqani əl-Kiklinin öldürülməsindən sonra başlayıb.
Liviyanın paytaxtında Mitiqa Beynəlxalq Hava Limanı baş verən toqquşmalara görə fəaliyyətini dayandırıb.
"Liviya" teqi üzrə xəbərlər
- Sülhə doğru ilk addımlar: Liviyada atəşkəs komitəsi fəaliyyətə başladı
- ABŞ fələstinliləri Liviyaya köçürməyi planlaşdırır
- Liviyada nazirlər istefa verirlər
- Tripolidə şiddətli toqquşmalar: Mərmi beynəlxalq şirkətlərin yerləşdiyi binaya düşüb
- ABŞ yeni siyahı hazırlayır: Hansı ölkə vətəndaşlarının ölkəyə girişi tamamilə qadağan ediləcək?