Bu gün Londonun “Westminster Abbey” kilsəsində Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.
Tacqoyma mərasimdə təxminən 2 000-dən çox qonaq iştirak edib.
10 minlərlə insan isə London küçələrinə çıxaraq kralın tacqoyma mərasimini qeyd ediblər.
Mərasimdən sonra Kral III Çarlz Bukingem Sarayına geri dönüb.
15:20
Böyük Britaniya Kralı III Çarlzın Londondakı Vestminster abbatlığında tacqoyma mərasimi keçirilir.
İki saatdır davam edən mərasimdə İngiltərə kilsəsinin ruhani rəhbəri, Kenterberi arxiyepiskopu Castin Uelbi Müqəddəs Keşiş Eduardın tacını kralın başına qoyub.
Tac 17-ci əsrdə xalis qızıldan hazırlanıb. Çəkisi 2,2 kq olan və 400-dən çox qiymətli daşla bəzədilən tac London qülləsində fəxri qarovul tərəfindən mühafizə olunur.
II Çarlzdan (1630-1685-ci illər) başlayaraq bütün Britaniya monarxlarının tacqoyma mərasimi üçün bu tacdan istifadə edilib. Kenterberi arxiyepiskopu tacı monarxın başına qoyduğu zaman “Tanrı, kralı qoru” sözlərini tələffüz edib və abbatlıqda olan 2200 qonağın hamısı bu sözləri təkrar edib.
14:08
Londonun Vestminster abbatlığında Kral III Çarlzın tacqoyma mərasimi keçirilir.
Həmin görüntüləri təqdim edirik:
Londonda Kral III Çarlzın tacqoyma mərasimi keçirilib - YENİLƏNİB + VİDEO
12:18
Londonun Vestminster abbatlığında Kral III Çarlzın tacqoyma mərasimi başlayır.
Mərasimin protokol qaydalarına əsasən icra olunacaq prosedurların son tamamlanma işləri aparılır.
11:18
İngiltərə paytaxtı Londonun Vestminster abbatlığında Kral III Çarlzın tacqoyma mərasimi keçiriləcək.
Mərasimin sonunda kral taxta çıxacaq.
Kral III Çarlz 1066-cı ildən Vestminster abbatlığında tac qoyulan 40-cı hökmdar olacaq.
Tacqoyma mərasimi III Çarlzın şəxsən özü tərəfindən seçilmiş musiqi ilə müşayiət olunacaq. Mərasim üçün xüsusi olaraq 12 yeni əsər yazılıb. Həmçinin III Çarlz mərhum atası Şahzadə Filipin xatirəsinə Yunan Pravoslav Kilsəsinin ənənəvi musiqisi səslənəcək.
Vestminster abbatlığında keçirilən tacqoyma mərasiminə 2300-ə yaxın adam dəvət olunub ki, onların arasında kral ailəsinin üzvləri, 203 ölkənin nümayəndələri, eləcə də ictimai xadimlər və xeyriyyəçilər var. Mərasimi 100-ə yaxın dövlət başçısı ziyarət edəcək.
Qeyd edək ki, Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edəcək.
Mənbə: İnterfaks.ru
Rəylər