Növbəti 3 həftə ərzində 100 nəfər Britaniya paytaxtının Qrinviç rayonunda xüsusi marşrutla hərəkət edən yeni nəqliyyat vasitəsinin sərnişini olacaq.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, sürəti saatda 16 kilometr olan miniavtobusu kompüter idarə edir.
Hərçənd ki, onu qeyri-avtomatik rejimdə saxlamaq da mümkündür.
Nəqliyyat vasitəsini istehsal edən “Oxbotica” şirkəti sınaqlara qatılmaq istəyənlərdən 5000 müraciətin daxil olduğunu bildirib.
N.O.